SOCAR-AQŞ-də karyera

Dövlətimizin, həmçinin müəssisəmizin inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması üçün bilikli, bacarıqlı, həvəsli və peşəkar işçilərə ehtiyac duyulur. Neft və qaz sənayesi bütün dünyada ən ağır zəhmət və ciddi məsuliyyət tələb edən sənayelərdən biridir. Bu sənayedə uğur əldə etmək işçilərdən həm şəxsi, həm də işgüzar baxımdan daim təkmilləşmə tələb edir. Ona görə də, SOCAR-AQŞ olaraq biz istedadlı və həvəsli kadrların işə cəlb olunmasına və onların sənaye əhəmiyyətli təlimlər vasitəsilə təkmilləşdirilməsinə xüsusi diqqət yönəldirik. İşçilərimiz bizim qürur mənbəyimizdir.

Biz Azərbaycanın neft və qaz sənayesinin inkişafına verdiyimiz töhfələrlə fəxr edirik və bu yolda irəliləməyə davam edəcəyik.

SOCAR-AQŞ-nin uğurları eyni zamanda onun müştərilərinin də uğurudur. Bu uğurların qazanılması işçilərimizin bilik və bacarıqlarından asılıdır. Biz SOCAR-AQŞ komandasının bütün üzvlərinə neft və qaz sənayesinin ən vacib təlim və karyera inkişafı imkanlarını təqdim edirik. Bununla biz həm SOCAR-AQŞ-nin beynəlxalq müəssisəyə çevrilmək yolunda inkişaf etməsini, həm də işçilərimizin karyera pillələrində irəliləməsini təmin edirik. Sizi də bizim komandaya qoşulmağa və bizimlə birgə Azərbaycanın neft və qaz sənayesindəki tarixi qabaqcıl rolunu bərpa etmək istiqamətində uğurla addımlamağa dəvət edirik.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı